...

Sürücülər bu ərazilərdə diqqətli olsunlar

Gündəm Materials 11 Sentyabr 2018 11:42 (UTC +04:00)
Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan-Ələt hissəsinə lövhə-montaj işləri aparılır.
Sürücülər bu ərazilərdə diqqətli olsunlar

Bakı. Samir Əli - Trend:

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Lökbatan-Ələt hissəsinə lövhə-montaj işləri aparılır.

Bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bundan başqa, sözügedən yolun Şıxov qəsəbəsindən keçən hissəsində, həmçinin Bakı şəhəri, Neftçilər prospektinin Azadlıq prospekti ilə kəsişməsindən Rixard Zorge küçəsi ilə kəsişməsinədək olan hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti