...

Bakıda 64 yaşlı kişi itkin düşdü

Gündəm Materials 20 Sentyabr 2018 17:04 (UTC +04:00)
Bakıda yaşlı kişi itkin düşüb.
Bakıda 64 yaşlı kişi itkin düşdü

Bakı. Samir Əli - Trend:

Bakıda yaşlı kişi itkin düşüb.

Trend-in məlumatına görə, hadisə Yasamal rayonunda baş verib.

Yasamal rayonu, Ə.Ələkbərov küçəsi, ev 36-da yaşayan 1954-cü il təvəllüdlü Həsənov Eldar Qılmərdanoviç sentyabrın 18-də axşam saatlarında evdən çıxıb naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti