...

Azərbaycanda bankların Müşahidə şuralarının səlahiyyətlərini artırmaq təklif olunur

Gündəm Materials 24 Sentyabr 2018 13:13 (UTC +04:00)
Azərbaycanda “Banklar haqqında” qanununa dəyişikliklər təklif olunur
Azərbaycanda bankların Müşahidə şuralarının səlahiyyətlərini artırmaq təklif olunur

Bakı. İlkin Şəfiyev - Trend:

Azərbaycanda “Banklar haqqında” qanununa dəyişikliklər təklif olunur.

Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Qanuna təklif edilən dəyişikliklərdən biri bankların Müşahidə şuralarının səlahiyyətlərinin artırılmasını nəzərdə tutur.

Dəyişikliyə əsasən, bankın Müşahidə şurası bankın Auditorlar komitəsinin üzvlərini vəzifəyə təyin və azad edə biləcək.

Bundan başqa, bankların İdarə heyəti üzvlərinin səlahiyyət müddətlərini azaltmaq təklif olunur. Dəyişikliklərə əsasən, İdarə heyətinin üzvü maksimum 3 il müddətinə təyin oluna bilər. Hazırda bu müddət dörd il təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti