...

"İnterpol" başçısı istefa verdi

Gündəm Materials 8 Oktyabr 2018 00:19 (UTC +04:00)
"İnterpol" prezidenti Men Hunvey istefa verib.
"İnterpol" başçısı istefa verdi

Bakı. Trend:

"İnterpol" prezidenti Men Hunvey istefa verib.

Trend-in məlumatına görə, bu barədə beynəlxalq təşkilatın bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur: "Bu gün, oktyabrın 7-də, "İnterpol"un Fransanın Lion şəhərindəki Baş Katibliyi Men Hunveydən "İnterpol" prezidenti postundan istefa verməsi barədə ərizə daxil olub, o dərhal qüvvəyə minir".

Qaydalara əsasən, qurumun yeni başçısı baş vitse-prezident Kim Çon Yan olacaq. Yeni prezident seçkiləri isə qurumun Baş Assambleyasının sessiyası çərçivəsində, BƏƏ-də 18-21 noyabr tarixlərində seçiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti