...

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslərə hökm oxundu

Gündəm Materials 23 Oktyabr 2018 20:30 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda yanacaqdoldurma məntəqəsinə basqın etməkdə təqsirləndirilən Həsən Mansurov və Bəxtiyar Camalovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Trend-in məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə H.Mansurov 11 il, B.Camalov isə 4 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, bu il aprelin 16-da, gecə saatlarında Xətai rayonu ərazisində H.Mansurov və B.Camalov yanacaqdoldurma məntəqələrindən birinə gələrək orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib, onlardan 867 manat pul alaraq hadisə yerini tərk edib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti