...

Builki oktyabr ANOMAL isti keçir - Bakıda və Abşeronda oktyabrın ən isti keçdiyi dövr 1934-cü il olub (ÖZƏL)

Gündəm Materials 25 Oktyabr 2018 15:24 (UTC +04:00)
Azərbaycanda builki oktyabr ayı anomal isti keçir.
Builki oktyabr ANOMAL isti keçir -  Bakıda və Abşeronda oktyabrın ən isti keçdiyi dövr 1934-cü il olub (ÖZƏL)

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda bu ilki oktyabr ayı anomal isti keçir. Lakin bu il təkcə Azərbaycanda deyil, bir çox Şərqi Avropa ölkələrində oktyabr ayı mülayim isti keçir.

Bunu özəl olaraq Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, bu il Bakıda və Abşeron yarımadasında oktyabrın I, II və III ongünlüyünün I yarısında havanın orta temperaturu 19,1 dərəcə isti olub. Bu da çoxillik iqlim normasından 3 dərəcə yüksəkdir.

U.Tağıyeva qeyd edib ki, havanın orta temperaturunun çoxillik iqlim normasından 3 dərəcə yüksək olması anomal sayılsa da, bu göstərici rekord sayılmır: "120 illik meteoroloji müşahidələrə əsasən, Bakıda və Abşeron yarımadasında oktyabr ayının ən isti keçdiyi dövr 1934-cü il olub. Həmin ayda havanın orta aylıq temperaturu iqlim normasından 4,5 dərəcə yüksək olub".

Son onilliklərə gəldikdə, U.Tağıyeva əlavə edib ki, 2012-ci il ərzində bütün oktyabr ayı ərzində havanın temperaturu iqlim normasından 3,1 dərəcə yüksək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti