Bakı. Samir Əli - Trend:
Bakıda stomatoloji klinikanın rəhbərinə qarşı dələduzluq edilib.
Trend-in məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.
Nizami rayonu, Balakişiyev küçəsi, 55 ünvanında yerləşən stomatoloji klinikanın təsisçisi Muradov Məmməd Qəhrəman oğlu Nizami rayon Polis İdarəsinin 25-ci polis bölməsinə müraciət edərək bildirib ki, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Məmmədəliyev Anar Bilal oğlu klinikanı televiziyada reklam etdirmək üçün ondan 700 manat alaraq mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.