...

Nazir: Fəlsəfə doktoru proqramlarını bitirənlərin 14 faizinin dissertasiyalarını vaxtında müdafiə edə bilməsi təəssüf doğurur

Gündəm Materials 22 Noyabr 2018 11:57 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Təəssüf doğuran hal budur ki, fəlsəfə doktoru proqramlarını bitirənlərin 14 faizi, yəni 74 nəfər, elmlər doktoru proqramlarını bitirənlərin isə 23 faizi, yəni 16 nəfər dissertasiyalarını vaxtında müdafiə edə bilib.

Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov Doktorantların və Gənc Tədqiqatçıların XXII Respublika Konfransında çıxışı zamanı deyib.

C.Bayramov bildirib ki, 2017-ci ildə fəlsəfə doktoru proqramlarına 455 nəfər, elmlər doktoru proqramlarına 129 nəfər qəbul olunub. Eyni ildə fəlsəfə doktoru və elmlər doktoru proqramlarını bitirənlərin sayı müvafiq olaraq, 529 nəfər və 69 nəfər təşkil edib.

Nazir qeyd edib ki, hazırda dövlət ali təhsil müəssisələrində işləyən elmlər doktorlarının 65 faizinin çoxunun yaşı 61-dən çoxdur. Həmin müəssisələrdə yaşı 30-dan aşağı olan elmlər doktorları yoxdur.

C.Bayramov əlavə edib ki, qarşıya qoyulan əsas məqsədlərdən biri doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulması və beynəlxalq səviyyədə doktorantların hazırlanması, onların təhsillərinin maliyyələşdirilməsi mexanizminin hazırlanması, təhsillərini başa vurduqdan sonra işlə təmin olunması kimi mühüm istiqamətlər var.

O, doktorantura təhsilinin məzmunun təkmilləşdirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

C. Bayramov vurğulayıb ki, "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində tətbiq olunacaq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyəti Azərbaycanın ali təhsil müəssisələrinə əmək fəaliyyətinə cəlb olunacaq. Bu isə müasir tədris texnologiyalarının daha sürətlə yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini ölkədə davam etdirmək istəyən gənclərə yeni imkanlar açacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti