...

Paytaxtda yağışa görə sürət həddi 20 km/s azaldılıb

Gündəm Materials 2 Dekabr 2018 10:07 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh avtomagistralında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. Məqsəd, hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Agentlik sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edir: “Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamağı və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti