...

Bakı Metropoliteni sərnişinlərə fosforlu qolbaq paylayacaq (FOTO)

Gündəm Materials 4 Dekabr 2018 17:50 (UTC +04:00)
"Bakı Metropoliteni" QSC yeni layihə həyata keçirəcək.
Bakı Metropoliteni sərnişinlərə fosforlu qolbaq paylayacaq (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

"Bakı Metropoliteni" QSC yeni layihə həyata keçirəcək.

Trend-in məlumatına görə, dekabrın 6-da saat 14:00-da metronun "28 May" stansiyasında başlanacaq "İşıq saç, özünə yol aç" adlı aksiya zamanı sərnişinlərə xüsusi işıq reflektorlu qolbaqlar paylanaraq, mövzu ilə bağlı maarifləndirici söhbətlər aparılacaq, dünya təcrübəsindəki nümunələr barədə məlumat veriləcək.

Məlumatda bildirilir ki, dekabr ayı, ənənəyə görə, qış mövsümünün başlanğıcıdır. Qısa günlər, qaranlıq saatların uzun olması, yol hərəkəti iştirakçılarının - küçə və yolları keçən insanlarımızın, xüsusən də sürücülərin daha ayıq-sayıq olmasını tələb edir:

"Mövzunun aktuallığını nəzərə alaraq, "Bakı Metropoliteni" QSC aksiya ilə metro sərnişinlərinin diqqətini bu məsələyə yönəltmək istəyir və onu ictimailəşdirməklə daha geniş əks-səda doğuracağına ümid edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti