Bakı. Trend:
Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar sabah Səbail və Nəsimi rayonlarının bir hissəsinə (mərkəzi küçələrə) içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.
Bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.