...

Deputat: Hər adi məsələyə görə bələdiyyə sədrləri və üzvlərini istintaqa cəlb etmək lazım deyil

Gündəm Materials 25 Yanvar 2019 15:55 (UTC +04:00)
Hər adi məsələyə görə bələdiyyə sədrləri və üzvlərini istintaqa cəlb etmək lazım deyil.
Deputat: Hər adi məsələyə görə bələdiyyə sədrləri və üzvlərini istintaqa cəlb etmək lazım deyil

Bakı. Elçin Mehdiyev - Trend:

Hər il bələdiyyə sədrləri və üzvlərinin məsuliyyətə, istintaqa cəlb edilməsi, məhkəmə çəkişmələrində iştirakı hallarının artımı müşahidə olunur.

Bunu Milli Məclisin Regional məsələlər komitəsinin iclasında millət vəkili Tahir Rzayev bildirib.

O qeyd edib ki, belə faktlar insanlarda bələdiyyələrə, bələdiyyə üzvlərinə inamı sarsıdır: “Hesab edirəm ki, hər adi məsələyə görə bələdiyyə sədrləri və üzvlərini istintaqa, məsuliyyətə cəlb etmək lazım deyil. Bu tendensiyaya son qoyulmalıdır".

Deputat Fəzail İbrahimli isə deyib ki, bələdiyyələr rayon icra hakimiyyətləri ilə Ədliyyə Nazirliyi arasında qalıblar: “Özünə hörmət qoyan bələdiyyə sədrlərinə hamı hörmətlə yanaşır. Bələdiyyə qanunsuz iş görürsə, cavab verməlidir. Biz bu hallarda güzəşt etməməliyik, hər kəs qanun qarşısında bərabərdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti