...

Nazirlik rəsmisi: Milli Meşə Proqramının ilkin layihəsi hazırdır

Gündəm Materials 22 Fevral 2019 15:15 (UTC +04:00)
Azərbaycanın ümumu meşə fondunun sahəsi 1 milyon 213 min hektardır ki, bu da ölkə ərazisinin ümumilikdə 14 faizini, meşə ilə örtülü sahələrin isə cəmi 12 faizini təşkil edir.
Nazirlik rəsmisi: Milli Meşə Proqramının ilkin layihəsi hazırdır

Bakı. İlhamə İsabalayeva -Trend:

Azərbaycanın ümumu meşə fondu 1 milyon 213 min hektardır ki, bu da ölkə ərazisinin ümumilikdə 14 faizini, meşə ilə örtülü sahələrin isə cəmi 12 faizini təşkil edir.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

İ.İbrahimovanın sözlərinə görə, meşələrin qorunması, daha səmərəli idarə edilməsi və meşə sektorunun inkişaf etdirilməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas prioritetlərindən biridir.

Nazirlik rəsmisi əlavə edib ki, bu istiqamətdə işləri daha sistemli və kompleks şəkildə qurmaq üçün hazırda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə yeni Milli Meşə Proqramı üzərində iş aparılır və artıq proqramın ilkin layihəsi hazırdır. 2020-2030-cu illəri əhatə edəcək yeni proqram nazirliyin beynəlxalq təcrübəyə əsaslanaraq meşəçilik sistemində görəcəyi işlər üçün bir yol xəritəsidir.

İ.İbrahimova hesab edir ki, Milli Meşə Proqramının qəbul edilməsi meşə sektorunda yeni bir mərhələnin başlanğıcı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti