...

Prospektdə qəza - Tıxac yaranıb

Gündəm Materials 7 Mart 2019 15:13 (UTC +04:00)
Minik avtomobili “Shacman” və “İsuzu” markalı yük avtomobillərinin arasında qalıb.
Prospektdə qəza - Tıxac yaranıb

Bakı. Ceyhun Ələkbərov - Trend:

Paytaxtda, Heydər Əliyev prospektində qəza baş verib.

Trend-in məlumatına görə, qəza prospektin köməkçi yolunda, metronun "Koroğlu" stansiyası istiqamətində qeydə alınıb.

“Hyundai” markalı 90-NO-760 dövlət nömrə nişanlı minik avtomobili “Shacman” və “İsuzu” markalı yük avtomobillərinin arasında qalıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Qəza nəticəsində Heydər Əliyev prospektinin köməkçi yolunda tıxac yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti