Bakı. Elnur Bağışov - Trend:
Novruz bayramı günlərində Biləsuvar gömrüyü vasitəsi ilə İranın şimal-qərbində yerləşən Ərdəbil vilayətinə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin analoji dövrü ilə müqayisədə 41% artıb.
Trend-in məlumatına görə, bunu İranın Ərdəbil vilayəti Yol və Yol Nəqliyyatı İdarəsinin baş direktoru Əli Rəhməti jurnalistlərə açıqlamasında deyib.
Ə.Rəhmətinin sözlərinə görə, aprelin 5-dək Biləsuvar gömrüyü vasitəsi ilə 32 637 nəfər İrana daxil olub.
Baş direktor əlavə edib ki, bu müddət ərzində bu gömrük vasitəsi ilə 32 922 nəfər ölkədən çıxıb.
Novruz bayramı istirahət günlərində 8584 iranlı Biləsuvar gömrüyü vasitəsi ilə ölkəyə daxil olub, 8676 iranlı isə ölkədən çıxıb.