...

Orta məktəblərdə buraxılış imtahanları ləğv olunur - Gürcüstanda

Gündəm Materials 8 Aprel 2019 17:15 (UTC +04:00)

Bakı. Trend:

Gürcüstan parlamenti hökumətin orta məktəblərin 11 və 12-ci siniflərində buraxılış imtahanlarının ləğv edilməsi barədə təşəbbüsünü dəstəkləyib.

Trend-in məlumatına görə, “Ümumi təhsil barədə” qanuna dəyişikliklər rəsmi mətbuatda dərc olunandan sonra qüvvəyə minəcək.

Dəyişikliklərə əsasən 11 il təhsil alan şagirdlər üçün 2019-cu ildən, 12 il təhsil alan şagirdlər üçün isə 2020-ci ildən buraxılış imtahanları ləğv ediləcək.

Təşəbbüsün lehinə 80, əleyhinə isə 8 deputat səs verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti