...

Sahil Babayev Astarada, müavinləri Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşəcəklər

Gündəm Materials 1 May 2019 14:28 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Astara rayonunda həmin rayonun vətəndaşlarını fərdi qaydada qəbul edəcək.
Sahil Babayev Astarada, müavinləri Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşəcəklər

Bakı. Trend:

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu сədvəlinə uyğun olaraq mayın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Astara rayonunda həmin rayonun vətəndaşlarını fərdi qaydada qəbul edəcək.

Trend-in məlumatına görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinləri Anar Kərimov Masallı rayonunda və Mətin Kərimli Lənkəran rayonunda vətəndaşlarla görüşəcəklər.

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) bağlı müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq mayın 14-dək qəbula yazıla bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti