...

UEFA-nın prezidenti Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb

Gündəm Materials 27 May 2019 23:21 (UTC +04:00)
UEFA-nın prezidenti Aleksander Çeferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb
UEFA-nın prezidenti Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb

Bakı. Trend:

UEFA-nın prezidenti Aleksander Çeferin Almaniyanın "Der Spiegel" jurnalına müsahibəsində Avroliqanın final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb.

Trend-in məlumatına görə, A.Çeferin bildirib: "Niyə? Çünki orada yaşayan insanlar da futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik".

UEFA-nın prezidenti qeyd edib ki, klublar biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər: "Mən bildiyim qədər, "Easyjet" aviaşirkəti aviabiletlərin qiymətini qaldırıb. Kimsə onlara heç nə demir. Həmişə UEFA günahkar kimi göstərilir. Bu, populizmdir. Bəs finallara gedən azarkeşləri dəstəkləmək üçün konstruktiv təklif, yaxud klubların vəsait yatırdığı fondlar necə? Əlbəttə, Bakı Londondan uzaqdır, lakin yeri təyin edərkən finalda hər iki komandanın İngiltərədən olacağı bilinmirdi".

"Arsenal" klubunun erməni futbolçusu Genrix Mxitaryanın finala gəlməməsini şərh edən A.Çeferin vurğulayıb ki, Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi: "Finala gəlməmək furbolçunun şəxsi qərarı idi. Biz Fransa terrorçuların hədəfi olan zaman bu ölkədə təhlükəsiz Avropa Çempionatı təşkil etmişdik".

Xatırladaq ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal komandaları qarşılaşacaq.

Xəbər lenti

Xəbər lenti