...

Bu ölkədə itburnu qadağan edildi

Gündəm Materials 3 İyun 2019 12:51 (UTC +04:00)
Finlandiyanın Kənd və Meşə Təsərrüfatı Nazirliyi itburnunu zərərli bitkilər siyahısına daxil edib
Bu ölkədə itburnu qadağan edildi

Bakı. Trend:

Finlandiyanın Kənd və Meşə Təsərrüfatı Nazirliyi itburnunu zərərli bitkilər siyahısına daxil edib.

Trend-in məlumatına görə, iyunun 1-dən başlayaraq bu bitkinin ölkə ərazisində əkilməsi, idxalı və satışı qadağan edilib.

Hökumət bağlarda, parklarda, yol kənarlarında bu bitkilərin məhv edilməsini tövsiyə edib. İri plantasiyaların məhv edilməsi üçün isə texnika ayrılacaq.

Bundan başqa, Finlandiyada canavarla itin hibridi olan itlərin yetişdirilməsi və saxlanılması qadağan edilib. Hazırda evlərdə saxlanılan itlərin ömrünün sonunadək saxlanmasına icazə verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti