...

Qubada 151 kiloqram yararsız ət aşkarlanıb (FOTO)

Gündəm Materials 9 Avqust 2019 17:00 (UTC +04:00)
İstifadəyə yararsız məhsul aşkar edilib.
Qubada 151 kiloqram yararsız ət aşkarlanıb (FOTO)

Bakı. İlhamə İsabalayeva - Trend:

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbirlər avqustun 9-da Daxili İşlər Nazirliyi əməkdaşlarının və Qida Təhlükəsizliyi Agentliyin nümayəndələrinin iştirakı ilə Quba rayonu ərazisində keçirilib.

Rayonun Birinci Nügədi kənd sakini Ə.Ələsgərovun idarə etdiyi “VAZ-2107” markalı avtomobilə baxış zamanı natəmiz vəziyyətdə və qida üçün yararsız olan 151 kiloqram ət məhsulu aşkar edilərək götürülmüşdür.

Ətlərdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin Quba Regional Sınaq laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti