...

Bakıda əhali 7 ayda ticarət şəbəkələrində 11 milyard manatdan çox pul xərcləyib

Gündəm Materials 2 Sentyabr 2019 20:38 (UTC +04:00)
2019-cu ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,1 faiz artaraq 11 milyard 533,2 milyon manat olub.
Bakıda əhali 7 ayda ticarət şəbəkələrində 11 milyard manatdan çox pul xərcləyib

Bakı. Eİlhamə İsabalayeva – Trend:

2019-cu ilin yanvar-iyul aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 3,1 faiz artaraq 11 milyard 533,2 milyon manat olub.

Trend-in məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 5 milyard 267,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,1 faiz artaraq 6 milyard 265,5 milyon manata bərabər olub.

İstehlak məhsullarının 27,9 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti