...

Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yeni yardım mərkəzləri yaradılır

Gündəm Materials 27 Avqust 2019 13:00 (UTC +04:00)
Ağcabədi, Şəki və Şəmkir rayonlarında məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması işləri aparılır.
Məişət zorakılığından zərər çəkmiş şəxslər üçün 
yeni yardım mərkəzləri yaradılır

Bakı. Trend:

Prezident İlham Əliyevin 1 iyun 2019-cu il tarixli “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncamı məişət zorakılığından zərər çəkmiş şəxslər üçün də sosial xidmətlərin dairəsinin genişləndirilməsinə imkan verib.

Trend-in məlumatına görə, sərəncamın icrası işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri ilə hazırda Ağcabədi, Şəki və Şəmkir rayonlarında məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması işləri aparılır.

İxtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən yaradılacaq bu mərkəzlərdə məişət zorakılığından zərər çəkmiş şəxslər reabilitasiya yönümlü sosial xidmətlərlə təmin ediləcəklər. Onlara hüquqi, sosial və psixoloji yardımlar göstəriləcək, normal həyata davam etmələri üçün zəruri işlər aparılacaq. Həmçinin məişət zorakılığından zərər çəkmiş uşaqlara digər həmyaşıdları kimi təhsillərini davam etdirmələrinə, bacarıqlarının inkişafına dəstək göstəriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti