...

Şəkidə 68 yaşlı psixi xəstə evində ölü tapıldı

Gündəm Materials 12 Sentyabr 2019 20:39 (UTC +04:00)
Şəkidə evdə meyit tapılıb.
Şəkidə 68 yaşlı psixi xəstə evində ölü tapıldı

Bakı. Samir Əli - Trend:

Şəkidə evdə meyit tapılıb.

Trend-in məlumatına görə, hadisə Şəki şəhəri, 20-ci rayon, S.Eldarov küçəsi, dalan 2, ev 23-də baş verib.

Həmin ünvanda yaşayan 1951-ci il təvəllüdlü Hüseynov Tahir Bünyamin oğlunun meyiti yaşadığı evdən tapılıb.

Araşdırmalar zamanı məlum olub ki, T.Hüseynov "Altsheymer xəstəliyi, qeyri-müəyyən mənşəli psixoorqanik sindrom" xəstəliyindən əziyyət çəkirmiş və o, evində ürək çatışmazlığından dünyasını dəyişib.

Meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti