...

Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir (FOTO)

Gündəm Materials 12 Oktyabr 2019 12:42 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.
Bu marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir (FOTO)

Bakı. Samir Əli - Trend:

Oktyabrın 13-ü axşamdan Akademik Şəfaət Mehdiyev küçəsinin General Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bu səbəbdən də 6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti