...

ETSN xəbərdarlıq etdi: Bakıda və Abşeronda güclü külək olacaq

Gündəm Materials 1 Noyabr 2019 17:42 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti ilə bağlı məlumat yayıb.
ETSN xəbərdarlıq etdi: Bakıda və Abşeronda güclü külək olacaq

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında noyabrın 2-si gündüzdən 3-ü səhərədək şimal-qərb küləyinin sürətinin 18-23, arabir 25-30 m/s təşkil edəcəyi, gündüz yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.

Fasilələrlə yağış yağacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti