...

BDU-nun iki tələbəsi təcili xəstəxanaya yerləşdirilib

Gündəm Materials 3 Dekabr 2019 11:29 (UTC +04:00)
BDU-nun iki tələbəsi təcili xəstəxanaya yerləşdirilib
BDU-nun iki tələbəsi təcili xəstəxanaya yerləşdirilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Bakı Dövlət Universitetinin (BDU) iki tələbəsi təcili xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, kirayə yaşadıqları evdə iki tələbənin vəziyyətinin pisləşməsi barədə məlumat Təcili Yardıma saat 08:15-də daxil olub:

"Yasamal rayonu Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası gastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti