...

DİN və SOCAR dənizə neft axıdılmasını əks etdirən video ilə bağlı açıqlama yayıb

Gündəm Materials 27 Dekabr 2019 18:00 (UTC +04:00)
“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində dənizə neft axıdılmasını əks etdirən videonun sosial şəbəkələrdə yayılması ilə əlaqədar “Azneft” İstehsalat Birliyi DİN NBPİ-nin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə araşdırma aparılıb.
DİN və SOCAR dənizə neft axıdılmasını əks etdirən video ilə bağlı açıqlama yayıb

Trend-i buradan izləyin

Bakı. Trend:

“Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin ərazisində dənizə neft axıdılmasını əks etdirən videonun sosial şəbəkələrdə yayılması ilə əlaqədar “Azneft” İstehsalat Birliyi Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə birgə araşdırma aparılıb.

DİN və SOCAR-dan Trend-ə verilən birgə məlumata görə, keçirilən tədbirlər nəticəsində neft məhsulunu dənizə axıdan və bunu çəkərək sosial şəbəkədə paylaşan şəxslər müəyyən ediliblər.

İlkin dindirmə zamanı onlar bu hərəkətlərini etiraf ediblər. Dənizə neftin axıdılmasına yol verməklə ətraf mühiti çirkləndirən əməkdaşlar barədə SOCAR tərəfindən müvafiq inzibati tədbirlər görüləcək.

Hazırda DİN NBPİ-nin Su nəqliyyatında Polis İdarəsində müvafiq araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti