...

Bakıda Heydər Əliyev prospektində sürət həddi birdəfəlik endirilir

Gündəm Materials 13 Yanvar 2020 14:18 (UTC +04:00)
Paytaxtın Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi 110 km/saat-a endiriləcək.
Bakıda Heydər Əliyev prospektində sürət həddi birdəfəlik endirilir

Bakı. Samir Əli - Trend:

Paytaxtın Heydər Əliyev prospektində yol hərəkəti təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə sürət həddi (ilk iki hərəkət zolağında) 110 km/saat-a endiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar, digər hərəkət zolaqlarında da sürət hədləri müvafiq olaraq tənzimlənəcək.

Bakı Nəqliyyat Agentliyinin bununla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına ünvanladığı müraciətə aidiyyəti qurumlar tərəfindən müsbət rəy verilib. 17.01.2020-ci il tarixində sürət hədlərinin endirilməsi təmin olunacaq. Buna qədər isə zəruri texniki məsələlər həll olunacaq. Sürücülərimizdən yollarda diqqətli olmalarını və yol hərəkəti qaydalarına riayət etmələrini xahiş edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti