...

Azərbaycana 30 santimetr qar yağdı

Gündəm Materials 25 Yanvar 2020 11:10 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində faktiki hava şəraiti ilə bağlı məlumat yayıb
Azərbaycana 30 santimetr qar yağdı

Bakı. Samir Əli - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometerologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 25-i səhərədək ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, sulu qar, qar yağıb.

Düşən yağıntının miqdarı Lerikdə 9 mm, Altıağacda 5 mm, Quba, Xaltan, Astara, Ağdərədə 4 mm, Ordubadda 3 mm, Qusar, Qrız, Xaçmazda 2 mm, Nabran, Xınalıq, Şabran, Yardımlı, Mərəzə, Gədəbəy, Daşkəsən, Şahbuz, Biləsuvar və Naxçıvanda 1 mm, Maştağada 4 mm, Bakı və Binədə 3 mm, Sumqayıt və Zabratda 1 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü: Ağdərədə (Ordubad)30 sm, Altıağac, Lerikdə 17 sm, Xaltan və Qrızda 10 sm, Xınalıqda 9 sm, Qubada 7 sm, Sarıbaşda (Qax) 6 sm, Qusarda 4 sm, Şahbuzda 2 sm, Nabran, Yardımlı və Ordubadda 1 sm olub.

Havanın minimal temperaturu Bakıda 0 dərəcəyə yaxın, dağlıq rayonlarda 7-12 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 16-19 dərəcə şaxta olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti