...

Azərbaycana gələn 4 əcnəbi koronavirus şübhəsi ilə karantinə götürüldü

Gündəm Materials 1 Mart 2020 13:28 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

İrandan Azərbaycana gələn 4 xarici ölkə vətəndaşı koronavirus şübhəsi ilə 1 saylı Klinik Tibbi Mərkəzə gətirilib.

Trend-in məlumatına görə, həmin şəxslərdən 3-ü Çexiya, 1 nəfər isə İtaliyas vətəndaşlarıdır: "Həmin şəxslər fevralın 29-u axşam yerləşdikləri oteldə özlərini pis hiss edib və təcili tibbi yardım vasitəsilə mərkəzə gətiriliblər. Müayinə olunandan sonra onlar Qobustan Xəstəxanasına köçürülərək karantinə götürülüblər. Hazırda Kliniki Tibbi Mərkəzdə 2 nəfər Azərbaycan vətəndaşı karantində saxlanılır. Onların səhhətləri normaldır, dəyişiklik yoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti