...

Bu ölkədə spirtli içkilər dezinfeksiya vasitəsi kimi tanındı

Gündəm Materials 13 Aprel 2020 12:13 (UTC +04:00)
Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi yüksək dərəcəli spirtli içkiləri koronavirusun yayılması iə əlaqədar dezinfeksiya vasitəsi qismində tövsiyə edib
Bu ölkədə spirtli içkilər dezinfeksiya vasitəsi kimi tanındı

Bakı. Trend:

Yaponiyanın Səhiyyə, Əmək və Rifah Nazirliyi yüksək dərəcəli spirtli içkiləri koronavirusun yayılması ilə əlaqədar dezinfeksiya vasitəsi qismində tövsiyə edib.

Trend-in məlumatına görə, tövsiyə standart dezinfeksiya vasitələrinin qıtlığı ilə üzləşən tibb müəssisələrinə şamil edilir.

Qeyd olunur ki, dezinfeksiya vasitəsi kimi tərkibində 70-83 faiz spirt olan içkilər qəbul edilir.

Eyni zamanda nazirlik ev şəraitində əlləri səylə yumağı tövsiyə edib.

Yaponiyada bu günədək 7 370 nəfər koronavirusa yoluxub, 123 nəfər həyatını itirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti