...

Abşeronda bitkilərə zərər vuran 4 növ həşərat aşkar edilib

Gündəm Materials 7 İyun 2020 16:41 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

AMEA-nın Dendrologiya İnstitutunun Bitki mühafizəsi laboratoriyasının elmi işçiləri Abşeron yarımadasının bağ və parklarında təbii və mədəni bitkilərdə rast gəlinən zərərverici həşəratlar üzərində tədqiqatlar aparırlar.

İnstitutdan Trend-ə verilən məlumata görə, tədqiqatlar zamanı 4 növ həşərat aşkar edilib, onların təsnifatı, bioekoloji xüsusiyyətləri müəyyən edilib.

Araşdırmalar nəticəsində məlum olub ki, qeyd edilən ərazidə əsasən Scarabaeidea fəsiləsinə aid 4 növ lövhəbığ böcəyə rast gəlinir. Bunlar Zolaqlı xırıldaq (Blitopertha lineata), Qızılı parıldaq (Cetonia aurata), Zaqafqaziya mayböcəyi (Melolontha pectoralis) və Çilli maralça (Oxythyrea funesta) böcəkləridir.

Bu həşəratlar ən çox mürəkkəbçiçəklilər (Asteraceae) fəsiləsinin nümayəndələrinə ziyan vurur. Tədqiqatlar zamanı müəyyən edilib ki, Qızılı parıldaq ənginarkollarına, Zolaqlı xırıldaq gülümbahar bitkisinin çiçəklərinə, Zaqafqaziya mayböcəyi və Çilli maralça isə gözəl qaylardiya, taclı qızılçətir, adi turacotu, duzlaq asteri bitkilərinin çiçəklərinə, itburnu və qızılgül kollarına ziyan vurur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti