...

DİN: Yasamalda qadına qarşı yersiz ifadələr işlətmiş polis işdən çıxarıldı

Gündəm Materials 9 İyun 2020 09:49 (UTC +04:00)
DİN: Yasamalda qadına qarşı yersiz ifadələr işlətmiş polis işdən çıxarıldı

Bakı. Samir Əli - Trend:

İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərlərinə məişət əşyaları atanlar saxlanılarkən çəkilmiş videogörüntülər araşdırılıb və bu zaman əməkdaşlardan birinin bir qadınla yüksək səs tonunda danışaraq onun həyat yoldaşının ünvanına yersiz ifadələr işlətməsi müəyyən edilib ki, bu da bağışlanmaz hal kimi qiymətləndirilib.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, həmin qadın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və ondan üzr istənilib.

Bundan sonra DİN rəhbərliyi tərəfindən həmin əməkdaşın tutduğu vəzifədən azad edilməsi və barəsində xidməti yoxlama aparılması haqqında qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti