...

İcra başçısı: Neftçalada karantin qaydalarına nəzarət gücləndirilib

Gündəm Materials 16 İyun 2020 15:21 (UTC +04:00)
COVİD-19 pandemiyası dövründə Neftçalada karantin qaydalarına riayət edilməsi nəzarət saxlanılır.
İcra başçısı: Neftçalada karantin qaydalarına nəzarət gücləndirilib

Bakı. Samir Əli - Trend:

COVİD-19 pandemiyası dövründə Neftçalada karantin qaydalarına riayət edilməsi nəzarətdə saxlanılır.

Trend-in məlumatına görə, bunu Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov keçirdiyi onlayn mətbuat konfransında bildirib.

O qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində rayonda yoluxma səviyyəsi aşağıdır: "Həyata keçirilən tədbirlərlə əhali arasında maarifləndirmə tədbirləri gücləndirilib. Rayon İcra Hakimiyyəti daha çox onlayn prosedurlara üstünlük verib. İstər məktəblərdə, istərsə də bağçalarda onlayn tədris həyata keçirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti