...

XİN: Bu gün Rusiyada olan daha 152 vətəndaşımız Azərbaycana gətirilir

Gündəm Materials 17 İyun 2020 17:41 (UTC +04:00)
Rusiyada müvəqqəti olan və geri dönmək istəyən vətəndaşlarımızın ölkəyə gətirilməsi prosesi davam edir.
XİN: Bu gün Rusiyada olan daha 152 vətəndaşımız Azərbaycana gətirilir

Bakı. Samir Əli - Trend:

Rusiyada müvəqqəti olan və geri dönmək istəyən vətəndaşlarımızın ölkəyə gətirilməsi prosesi davam edir.

Bunu Trend-ə açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

Onun sözlərinə görə, bu gün hava yolu ilə 152 vətəndaşımız Azərbaycana gətirilir. Onlardan 6 nəfəri azyaşlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti