Bakı. Samir Əli - Trend:
Bəhram Bağırzadənin vəziyyəti orta-ağırdır.
Bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Onun sözlərinə görə, B.Bağırzadənin huşu artıq özünə gəlib: "O, son bir həftə ərzində spontal tənəffüsdədir. Fəaldır, ayağa qalxır, palatada və reanimasiya şöbəsinin dəhlizində yeriyir, telefondan istifadə edir. Bununla belə, bir qədər narahatedici amil dünən axşamdan bədən hərarətinin yüksəlməsidir. Bunu nəzərə alaraq aparılan müalicəyə müəyyən əlavələr edilib".