...

Ədliyyə Nazirliyi: 100 məhkum cəzadan tamamilə azad edilib

Gündəm Materials 13 Avqust 2020 20:24 (UTC +04:00)
Ədliyyə Nazirliyi: 100 məhkum cəzadan tamamilə azad edilib

Bakı. Trend:

Cinayət qanunvericiliyinə edilmiş dəyişikliklərlə bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar Penitensiar və Probasiya xidmətləri üzrə 1.000-dək məhkumun işləri öyrənilib və yeni Qanunun təsiri altına düşən məhkumlarla bağlı məhkəmələrə göndərilmiş təqdimatlara baxılaraq artıq 100 məhkum cəzadan tamamilə azad edilib.

Ədliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, 211 nəfərin cəza müddəti azaldılıb və ya yüngül cəza növü ilə əvəz edilib , 63 nəfərin əməli yeni maddələrə tövsif edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti