...

Bakıda itkin düşən 5 yaşlı uşaq tapıldı

Gündəm Materials 25 Avqust 2020 10:04 (UTC +04:00)
Bakıda itkin düşən 5 yaşlı uşaq tapıldı

Bakı. Samir Əli - Trend:

Bakıda itkin düşən azyaşlı tapılıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda olub. 2015-ci il təvəllüdlü Emil Nəzərli rayon ərazisindəki parkda nənəsi ilə gəzərkən itkin düşüb.

Nəsimi rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində azyaşlı rayon ərazisindəki "Koala park"dan tapılıb. Uşaq ailə üzvlərinə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti