...

Gəncədə koronavirusla bağlı qərargah maarifləndirmə tədbirlərini davam etdirir

Gündəm Materials 28 Oktyabr 2020 15:43 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq kompleks tədbirlər davam etdirilir. Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahının mobil qrupları şəhərin müxtəlif ərazilərində maarifləndirmə işləri aparırlar.

Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, qruplar mərkəzi park və xiyabanlarda, bank və ATM-lərin qarşısında, market və mağazalarda, geyim dükanlarında və əhalinin sıx toplaşdığı digər ərazilərdə fərdi qaydada izahetmə işləri həyata keçirirlər. Əhaliyə ehtiyyatlı davranaraq tibbi maskadan istifadə etmək və sosial məsafə saxlamaq tövsiyə olunur.

Vətəndaşlara sanitar-gigiyenik normalara əməl edilməsinin vacibliyi xatırladılaraq, sakinlərə üzərində COVID-19 infeksiyasından qorunma yollarının əks olunduğu bukletlər də paylanılır.

Qeyd edək ki, Gəncədə yeni növ koronavirus (COVID-19) infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən kompleks tədbirlər mütəmadi olaraq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti