...

Putin və Tokayev Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsini müzakirə ediblər

Gündəm Materials 11 Noyabr 2020 21:09 (UTC +04:00)
Putin və Tokayev Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsini müzakirə ediblər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı baş tutub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsini müzakirə ediblər:

"Qazaxıstan Prezidenti Rusiyanın Dağlıq Qarabağ münaqişəsi zonasında atəşi və hərbi əməliyyatları dayandırmaq səylərinin effektivliyini qeyd edib".

Qeyd edilir ki, hər iki tərəf noyabrın 9-u əldə olunan tədbirlər kompleksini yüksək qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti