...

Füzuli şəhərinin yenidən qurulmasının, canlandırılmasının vaxtı gəlib çatıb - Əlcəzair səfiri (FOTO)

Gündəm Materials 23 Noyabr 2020 19:43 (UTC +04:00)

Bakı. Trend:

Əlcəzairin Azərbaycandakı səfiri xanım Səlimə Abdelhak Xarici İşlər Nazirliyinin 22 Noyabr 2020-ci il tarixində azad edilmiş Füzuli şəhərinə təşkil etdiyi səfərdə iştirak edib.

Trend-in məlumatına görə, xanım səfir bildirib ki, dağılmış şəhər beynəlxalq müşahidəçilərin uzun illər davam edən münaqişənin acı nəticələrini görmələrinə imkan vermək üçün öz qapılarını açıb:

"Beynəlxalq hüququn bərpasından sonra Azərbaycana böyük sənətkarlar bəxş edən şəhəri səciyyələndirən sənət və mədəniyyətin yenidən qurulmasının, abadlaşdırılmasının və canlandırılmasının vaxtı gəlib çatıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti