...

Gəncədə polis postunda sürücünün əsassız cərimələnməsi ilə bağlı yayılan görüntülər araşdırılıb

Gündəm Materials 21 Dekabr 2020 21:39 (UTC +04:00)
Gəncədə polis postunda sürücünün əsassız cərimələnməsi ilə bağlı yayılan görüntülər araşdırılıb

Bakı. Trend:

Sosial şəbəkələrdə Gəncə şəhərinin çıxışındakı stasionar polis postunda sürücünün əsassız cərimələnməsi ilə bağlı yayılan görüntülər Gəncə şəhər Baş Polis İdarəsində araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, dekabr ayının 17-də Emin Əliyev özünəməxsus “Kamaz” markalı yük avtomobili ilə müvafiq icazəsi olmadan hərəkət etdiyi üçün stasionar polis postunda saxlanılıb.

Polisin qanunu tələblərinə əməl etməyən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimini pozan şəxs barəsində qanunvericiliyə uyğun olaraq, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 200 manat miqdarında cərimə olunub.

Vətəndaşın tibbi maska ilə bağlı səsləndirdiyi fikirlər və digər iddialar əsassızdır, həqiqəti əks etdirmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti