...

Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapılıb

Gündəm Materials 26 Yanvar 2021 15:19 (UTC +04:00)
Xırdalanda dağıntılar altında daha bir nəfərin meyiti tapılıb

Bakı. Asif Mehman - Trend:

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan azyaşlının meyiti tapılıb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib.

Onun sözlərinə görə, FHN xilasediciləri daha bir nəfərin meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 1 nəfərin cəsədini çıxarmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti