Bakı. Elçin Mehdiyev - Trend:
Dövlət Əmək Müfəttişliyi qeyri-formal məşğulluğun qarşısını almaq üçün silsilə tədbirlər həyata keçirilir”.
Trend-in məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli “Rəqəmsal məşğulluğa keçid və aktiv məşğulluq tədbirləri: 2021-ci il üçün hədəflər” mövzusunda keçirdiyi mətbuat konfransında deyib.
Agentlik sədri deyib ki, 2020-ci ildə 500-dən çox işəgötürən bununla bağlı məsuliyyətə cəlb edilib: “Onu da qeyd etmək lazımdır ki, belə hallar son illər kifayət qədər azalıb. Bu istiqamətdə mütəmai işlər görülür. İşğaldan azad olunmuş ərazilərin bərpası, orada ictimai işlərin təşkili, abadlıq işlərinin həyata keçirilməsi üçün də Tədbirlər Planımızda ayrıca bir maddə nəzərdə tutmuşuq. Biz haqqı ödənilən ictimai işlərin həm işğaldan azad olunmuş bölgələrdə, həm də sərhəd bölgələrində olan işsizləri bu istiqamətə yönləndirməyi nəzərdə tutmuşuq”.
M.Abbasbəyli qeyd edib ki, rəqəmsallaşma sahəsində qeyri-formal məşğulluqla bağlı xüsusi bir informasiya ehtiyatı yaradılır. Onun sözlərinə görə, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı imkan verəcək ki, istənilən işəgötürəndə istənilən qeyri-formal kütləni ortaya çıxarıb, bu sahədə problemi asanlıqla həll edilə bilsin.