...

İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalıb

Gündəm Materials 7 Fevral 2021 14:58 (UTC +04:00)
İranda sutka ərzində koronavirusdan ölənlərin sayı azalıb

Bakı. Elnur Bağışov – Trend:

İranda ötən sutka ərzində koronavirusdan 57 nəfər ölüb.

Trend-in İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən verdiyi məlumata görə, bu barədə qurumun sözçüsü Sima Sadat Lari deyib.

Bildirilir ki, ötən 24 saat ərzində ölkədə 7 065 nəfər koronavirusa yoluxub, 3 789 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Virusa yoluxanların ümumi sayı İranda 1 466 435 nəfərə çatıb, ölənlərin sayı 58 469 nəfərə yüksəlib. İndiyədək 1 253 554 nəfər koronavirusdan sağalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti