...

Türkiyədə son sutkada koronavirusdan 7 903 nəfər sağalıb

Gündəm Materials 12 Fevral 2021 23:10 (UTC +04:00)
Türkiyədə son sutkada koronavirusdan 7 903 nəfər sağalıb

Bakı. Trend:

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 97 nəfər dünyasını dəyişib.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 284 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 7 763 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 572 190 nəfərə çatıb.

Nazir bildirib ki, ötən gün koronavirusdan 8 108 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 461 204 nəfər təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti