...

İsveçdə "Ana dilim - Şirin dilim" adlı tədbir keçirilib (FOTO)

Gündəm Materials 23 Fevral 2021 15:00 (UTC +04:00)
İsveçdə "Ana dilim - Şirin dilim" adlı tədbir keçirilib (FOTO)

Bakı. Trend:

İsveç Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü, Koordinasiya Şurasının üzvü olan "Odlar Yurdu" İsveç–Azərbaycan Mədəniyyət Dərnəyinin və Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının təşkilatçılığı ilə Beynəlxalq Ana dili gününə həsr olunmuş “Ana dilim – Şirin dilim” adlı tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, tədbirdə "Odlar Yurdu" İsveç–Azərbaycan Mədəniyyət Dərnəyinin sədri Sevinc Nemətova, Koordinasiya Şurasının İsveç, Finlandiya, Norveç üzrə əlaqələndiriciləri İradə Əliyeva Söderberg, Ülviyyə Cabbarova və Ramil Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Almaniya, Türkiyə, Azərbaycanda yaşayan soydaşlarımız iştirak ediblər.

Tədbirdə çıxış edənlər Beynəlxalq Ana dili Gününün yaranma tarixi və mahiyyəti barədə danışıblar. Bildirilib ki, doğma dil hər bir xalqın milli-mədəni sərvətidir, çünki onu yaşadan və zənginləşdirən də cəmiyyətdir. Qeyd edilib ki, yaşadığı ölkədən asılı olmayaraq hər bir insan öz Ana dilini bilməli, qorumalı və gələcək nəsillərə ötürməlidir. Skandinaviya ölkələrində Azərbaycan dili üzrə tədris və təbliğin ardıcıl, sistemli və əlaqələndirilmiş şəkildə genişləndirilməsi təşəbbüsü irəli sürülüb.

Tədbir azyaşlı uşaqların Ana dilinə həsr olunmuş şeirləri ifa etməsi və görkəmli Azərbaycan bəstəkarı Emin Sabitoğlunun bəstələdiyi "Şirin dil" mahnısının səsləndirilməsilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti