...

Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib (VİDEO)

Gündəm Materials 27 Fevral 2021 12:57 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Vətən müharibəsində işğaldan azad edilmiş torpaqlarımızda Ermənistan ordusunun atıb qaçdığı silah-sursatın aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 7 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd pulemyot, 2 ədəd snayper tüfəngi, 1 ədəd qumbaraatan, avtomat daraqları və 2527 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti