...

Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir

Gündəm Materials 6 Mart 2021 13:26 (UTC +04:00)
Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında akiya keçirir

Bakı. Orxan Nəbiyev - Trend:

Yerevanda keçmiş hərbçilər Müdafiə Nazirliyinin qarşısında etiraz akiyası keçirir.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, aksiya silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyana dəstək xarakteri daşıyır.

İştirakçılar bütün keçmiş hərbçiləri və veteranları aksiyaya qoşulmağa çağırıb.

Xatırladaq ki, ötən həftə baş qərargah rəisi ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb etmişdi. Bu addımı dövlət çevrilişi kimi qiymətləndirən N.Paşinyan Onik Qasparyanı vəzifədən azad etmişdi. Lakin ölkə prezidenti Armen Sarkisyan bu günədək O.Qasparyanın istefasını təsdiqləməyib.

Bu gün həmçinin müxalifətin də genişmiqyaslı aksiyası planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti