...

Ötən il qeydə alınan hərbi cinayətlərin 99,5 faizi açılıb

Gündəm Materials 12 Mart 2021 13:19 (UTC +04:00)
Ötən il qeydə alınan hərbi cinayətlərin 99,5 faizi açılıb

Bakı. Samir Əli - Trend:

2020-ci ildə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb.

Trend-in məlumatına görə, bunu Respublika Hərbi prokurorunun böyük köməkçisi-Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev deyib. O bildirib ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində baş verən cinayətlərin üstü açılıb. Silahlı Qüvvələrdə nizam-intizamın, qanunçuluq və hüquq qaydasının daha da möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrdə Hərbi prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər dövlət orqanları, həmçinin qeyri-hökumət təşkilatları arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də böyük əhəmiyyəti olub.

Xəbər lenti

Xəbər lenti